26 Mayıs 2015 Salı

Yaradılışın şah əsəri:Qadın

Deməli söhbətə bir neçə milyon il bundan qabaq haqqda danışaraq başlamaq istəyirəm.Təxmini 6000 il bundan əvvələ kimi yer kürəsində hər şey tamam fərqli idi,o vaxta aid tapılan arxeoloji tapıntılarda biz matriarxizmin bizim dildə anaxaqanlığın olduğunun bariz nümünələrini görə bilərik,bəs bu matriarxizm nə idi? Matriarxizm mənim indidə inandığım bu fikirə əsaslanırdı ki,qadın yerdə yeganə yaradıcı qüvvə,kişi isə bir növ öz fiziki gücü ilə onları qorumalı olan biri idi.Yəni kişinin fiziki gücünün cəmiyyətdə heç bir önəmli dəyəri yox idi.zaman keçdikcə kişilər öz fiziki güclərinə bələd olaraq,çevriliş etdilər.Mən bu hadisəni xarici ölkələrdə tez-tez şahidi olduğumuz hərbi çevrilişlərə oxşadıram,hər iki halda hakimiyyətə hər şeyi fiziki güclə həll edə biləcəyini sanan insanlar hakimiyyətə gəlir.artıq min illərdi ki, qadının cəmiyyətdəki yeri yalnız enən xətt üzrə dəyişir və məncə bu şkalanın ən dib nöqtəsi orta əsrlərdə səmavi dinlərin insanlar üzərində təsirinin pik həddə çatdığı dövrə təsadüf edir.Biz bu enən şkalanı,kişilərin əldə etdikləri hakimiyyəti əldə saxlama instinkti kimi tərənnüm edə bilərik.
Quranda allahın iki cür,sübuti və səlbi sifətlərinin olduğu bildirilib,sübuti sifətlər hansıki həm biz bəni-adəmlərdə,həmdə allahda olan sifətlərdir bunlara görmə,eşitmə kimi bir çoxumuzda olan hisslər daxildir,səlbi sifətlər isə deyilənə görə təkcə tanrıya məxsus olan xüsusiyyətlərdir.Amma mən bununla razılaşmıram,məncə allah səlbi sifətlərini kainatda yalnız qadınlarla bölüşüb.Yəni qadınların bizlərdən üstün qılan ilkin cəhəti elə buradan gəlir.Məncə nisbətən ağıllı kişilər vaxtı ilə bunu başa düşərək,səlbi sifətlər yalanını uydurublar.
Mənə görə qadın bütün yaradılışın yer üzərindəki tərənnümüdür.Qadın yaradan və yaşadandır.O vaxt nəsimi düz demişdi:
Səni bu hüsnü,cəmalu,kəmal ilə görüb qorxdular həqq deməyə,çöndülər insan dedilər.

Hiç yorum yok:

Yorum Gönder