25 Mayıs 2015 Pazartesi

Maraqlı Hədiyyələr

Yəqin hamınız 8 mart və digər bu kimi bayramlarda ictimai nəqliyyat vasitələrində xanımların kütləvi sürətdə oyuncaq ayılarla və qızılgüllərlə gəzdiyini görmüsünüz.Burdan bir nəticə hasil olur ki,ya bizim qadınlarımızın hamısı eyni zövqə malikdir,ya da kişilər çox zövqsüzdür.Bu söhbət çox uzana biləcəyindən məsələni bağlayıb bugün yazacağım mövzuya keçid etmək istəyirəm.
Bu bir neçə il ərzində həddindən artıq bekar olduğumdan bütün günümü demək olar ki,səyahət etməklə,yeni insanlarla ünsiyyət qurmaqla və bir çox şeyi araşdırmaqla keçirmişəm,indi bu yeni açdığım blogda çalışacam ki,gördüyüm,eşitdiyim,oxuduğum bütün məlumatları bacardığım qədər sizinlə paylaşım.
Bugün blogun siftəsini açaraq yazmaq istədiyim mövzu yazının əvvəlində söhbət açdığım,şablonlaşmış hədiyyə mövzusunda olacaq.Deməli mənə görə hədiyyə elə bir şey olmalıdır ki,bizim özəl günlərimizi,bayramlarımızı ölümsüzləşdirsin,hər dəfə ona baxdıqda həmin gündən hansısa gözəl xatirə yadına düşsün insanın.Bir sözlə məncə hədiyyələr,xatirələri daşıyan flashcard rolunu oynamalıdır.
İnternetdə biraz araşdırma aparsaq görərik ki,metroda gəzən mişkalara,oğlanların təxmini olaraq 20-150 Azn arası xərci çıxır,üstəgəl bir buket gülüdə ölüsü 40 Azndən hesabladıqda,və ya hansısa brend ətir aldıqda görərik ki,ortalama bir azərbaycanlı oğlanın təxmini olaraq hər 8 mart ortalama 50-80 Azn xərci çıxır.İndi mən sizə öz zövqümlə bu büdcə ilə əzizlərimizə necə unudulmaz hədiyyələr bəxş edə  biləcəyinizi yazmağa çalışacam.Deməli yuxarıda qeyd etdiyim kimi hədiyyələrin bir saxlanc vasitəsi olduğunu nəzərə alsaq,birinci olaraq buket gülləri siyahımızdan silməliyik çünki bir gülü siz maksimum 1 həftə,belə dirəşsəz 10 gün saxlaya bilərsiniz ondan sonrası güllərdə,xatirələrinizlə birlikdə zibilliyə ordanda yeni açılmış gübrə fabrikasına yola düşəcək,yəqin istəmərsiniz kimsə sizin xatirələrinizlə kartof və ya kələm əksin.Amma yox sırf gül almaq istəyirsinizsə sizə tövsiyyəm dibçək gülü alınız dostlar,yadıma gəlir birinci sinifə gedəndə bütün uşaqlar müəlliməyə buket gülü almışdı bizdə gözəl bir dibçək gülü almışdıq hansıki o gül mən o məktəbdən çıxandan sonrada o sinifdəydi.Ümumiyyətlə dibçək gülü bizim kimi bir canlıdı,ona müntəzəm qulluq etmək lazımdır yəni dibçək gülü hədiyyə verdiyiniz insan hər gün istəməsədə sizi xatırlamaq məcburiyyətində qalacaq.Həmdə bakıda bir çox yerlərdən geniş çeşiddə,hər cibə uyğun  gülləri tapa bilərsiniz.
Həmişə fərqlənməyi sevən insanlar üçündə bir çox hədiyyə çeşitləri məsləhət görmək olar,məsəlçün istəyirsiniz kiməsə nəsə qeyri adi heç yerdə olmayan bir şey hədiyyə edəsiniz? mümkündür,məsəlçün bir qədim türk damğasını çox bəyənirəm və çox istərdim ki,onu həmişə üzərimdə gəzdirəm,fürsətdən istifadə edib bunu oxuyan dostlarada eşitdirmə verirəm ad günümə az qalıb görün neynirsiniz,MUM da və ya Laçın ticarət mərkəzində zərgərlər gümüş məhsulları sifarişlə qramın 20-30 Azn dən,qızılı əyyarından və formasından asılı olaraq 60-150 Aznə düzəldir.sırf sarı bir şey istəsəniz istədiyiniz şeyi gümüşdən düzəltdirib qızıl suyunada saldıra bilərsiniz(kasıblığın gözü kor olsun).
İndi Azərbaycanda çoxumuzun tanımadığı istedadlı uşaqlar çoxdur,hansılar ki,bir birindən kreativ şeyləri  əl əməyi göz nuruyla düzəldərək öz tələbəliklərini yola verməyə çalışırlar.Facebookda işləriylə tanış olduğum bir iki sənətkarın işlərini sizlərlə bölüşmək istəyirəm birinci olaraq sadə ağ ayaqqabıların üzərində xariqələr yaradan Rafiqa xanımın işlərindən danışmaq istəyirəm.Deməli bu xanım öz rəssamlıq bacarıqlarını,kətanın üzərində necə məharətlə yerinə yetirirsə bunu adi ayaqqabıları sənət əsərinə çevirərəkdə edir.Deməli bu xanımla instagramda @rafiqaerkin Facebookda isə Rafiqa Erkin profili ilən əlaqə saxlayıb ayaqqabıların üzərində görmək istədiyiniz modeli və ya istədiyiniz eskizi sifariş verə bilərsiniz qiymətləri çox  münasibdir.


Məncə hamının özünü həmişə önəmli hiss etməyə ehtiyyacı vardır,siz bu ayaqqabılarla qarşınızdakına bu şansı yarada bilərsiniz.
Bildiyiniz kimi bakıda bir çox şeyi tapmaq çox müşkül məsələdir amma bununla belə biz indi internet dövründə yaşayırıq bu səbəbdən demək olar ki,hər şey bizə bir klik qədər yaxındır.Yadımdan çıxıb hansısa universitetin,hansısa alimləri ciddi araşdırmalar nəticəsində bu qənaətə gəlmişlər ki,studiyada yazılan musiqini ən keyfiyyətli şəkildə yalnız val oxudanda dinləmək olar.Məncə bütün cütlüklərin özlərinə doğma olan müəyyən musiqi parçaları vardır.Fikirləşin sevdiyiniz insana ikinizində sevdiyiniz musiqinin valını hədiyyə edirsiniz,qarşınızdakına bu unudulmayacaq hissi cəmi 100-150 manata yaşada bilərsiniz məncə bu çox brilliantdan,qızıldan dəyərli hədiyyə olardı.Amazon.com saytında biraz araşdırma aparsaq görərik ki,şəkildə gördüyünüz bu gözəl val oxudanı cəmi 50-70 dollara buradan http://www.amazon.com/Crosley-CR8005A-TU-Portable-Turntable-Turquoise/dp/B00990Z4W6/ref=sr_1_2?ie=UTF8&qid=1432584162&sr=8-2&keywords=vinyl+player sifariş verə bilərsiniz.Mənim favori qruplarımdan biri olan Mamas and Papasın valını yenə internetdən 10-30 dollar arası dəyişən qiymətlərlə tapıb ala bilərsiniz.
Yox əgər sevdiyiniz musiqiçi cavan adamdısa,mahnılarını ituneslə və ya CD ilə satışa çıxarırsa yenə üzülməyə dəyməz ,hər şeyin olduğu kimi bununda çarəsi var.Siz az məbləğə istədiyiniz mahnını Bakıdakı bir çox studiyalarda vala köçürtdürə bilərsiniz.
İnternetdən sifariş verə biləcəyiniz bir məhsuluda nəzərinizə çatdırmaq istəyirəm.Bu çoxumuzun gördüyü,bir vaxtların əvəzolunmaz fotoaparatı olan Palaroiddi,düzdür indi deyəcəksiniz ki,axı onun istehsalı dayandırılıb.Həmişə dediyim kimi dostlar mümkünsüz heçnə yoxdur,siz internetdən yaxşı vəziyyətdə olan ikinci əl və ya yeni aparatlar tapa bilərsiniz,bunun üçün sadəcə internetdə biraz araşdırma aparmaq lazımdır.sadəcə google.com a girirsiniz və yazırsınız ki,palaroid sale və qarşınıza istədiyiniz qiymətə,istədiiniz model çıxır,qiymətlər modelə aparatın yeniliyinə görə dəyişdiyindən bunu şablonlaşdıra bilməyəcəm.sadəcə deyə bilərəm ki,50 dollardan 300 dollara kimi istənilən modeli tapa bilərsiniz,burda yenə seçim sizin cibinizdən asılıdır.
Yavaş-yavaş yazımı sonlandırmaq istəyirəm,bu yazını axıra qədər oxuyan dostlara səslənirəm,çalışın həmişə özünüz olun,fantaziyanızı işə salın,qarşınızdakını yaxşı tanımağa çalışın.Ümid edirəm kimlərəsə kömək edəcək bu yazı.Zəhmət olmasa təklif və tənqidlərinizi kommentlərdə mənimlə bölüşünüz.Əlaqə üçün abdulovarif@gmail.com və ya mənim facebook profilim olan Arif Samalyota( http://on.fb.me/1G7seO7 ) yaza bilərsiniz.Sağolun,salamatqalın :)

Hiç yorum yok:

Yorum Gönder